Ukraynanın Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Ukraynanın Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

591800

“Hökumət tərəfdaşlardan enerji yardımlarının cəlb edilməsi istiqamətində sistemli şəkildə çalışır. Yaxın günlərdə Ukraynaya Azərbaycan, Slovakiya və Çexiyadan generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar yardımlardan ibarət növbəti yüklər çatdırılacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün teleqram kanalında qeyd edib.
 

Nazir bildirib ki, gələn həftə İrlandiyadan Ukraynanın Enerji Dəstəyi Fonduna əlavə 25 milyon avro daxil olacaq.


Biz bütün tərəfdaşlarımıza davamlı dəstəyə və artıq göstərilmiş yardıma — Ukraynanın Enerji Dəstəyi Fonduna edilən ianələrə və ehtiyat enerji avadanlıqlarına görə minnətdarıq.

Bütün bunlar son dərəcə ağır düşmən atəşlərindən sonra insanların evlərində istilik və işığın bərpasına, eləcə də enerji obyektlərinin yenidən qurulmasına yönəldilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin