“Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlobal töhfələr mümkün olmayacaq. Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Davosda panel iclasda İŞTİRAK EDİR
“Mən inanıram ki, həm Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər də paralel olaraq eyni vaxtda bərqərar olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bizim.Media































































































