“Elə bir vaxt gələcək ki, Ermənistan və Azərbaycan yükləri birbaşa qəbul edə biləcək”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan Davos forumunda keçirilən panel müzakirəsində bildirib.
“Biz sülhü dəstəkləyən addımlar üçün siyasi iradə və cəsarət nümayiş etdirdik. 30 il ərzində görmədiyimiz və hətta iki il əvvəl təsəvvür etməyin çətin olduğu şey reallığa çevrildi — biz Gürcüstan vasitəsilə Ermənistandan yüklər qəbul edə bilirik.
Əminəm ki, İrəvan və Bakı 1990-cı illərin problemlərini arxada qoyaraq gələcəyə baxa bilərlər”, - Xaçatryan qeyd edib.
Bizim.Media






























































































