Prezident Davosda ÜST-nin Baş direktoru ilə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Davosda ÜST-nin Baş direktoru ilə görüşdü - FOTO/VİDEO

591624

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.
 

MÖVZU LƏ BAĞLI: 

Prezident və birinci xanım İsveçrədə səfərdədir – FOTO


Bizim.Media xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edildi. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulandı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin