Birol Akgün: “20 Yanvar şəhidlərinin ən böyük arzusu bu gün gerçəkləşib”

Hazırda oxunan: Birol Akgün: “20 Yanvar şəhidlərinin ən böyük arzusu bu gün gerçəkləşib”

591532

“1990-cı il 20 Yanvar — Azərbaycan xalqının milli ləyaqət və azadlıq uğrunda ayağa qalxdığı gündür".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə həmin ağır günlərdə Azərbaycan xalqı, hər zaman olduğu kimi, ən çətin şəraitdə belə müstəqillik və suverenlik iradəsini nümayiş etdirdi.
 

Sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi amansız hərbi müdaxilə nəticəsində qadın-kişi, gənc-yaşlı fərqi qoyulmadan 130 nəfər azadlıq uğrunda şəhid oldu, 700-dən çox insan isə yaralandı:


“Bu gün, 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, 20 Yanvar şəhidlərinin ən böyük arzusu məhz bu gün gerçəkləşib. Biz onlara çox şey borcluyuq. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik. Azad və müstəqil Azərbaycan naminə, Azərbaycan–Türkiyə qardaşlığı uğrunda biz hər zaman azərbaycanlı türklərin yanında olmuşuq və bundan sonra da olacağıq — bu gün, sabah və daim. Qoy Azərbaycan–Türkiyə qardaşlığı əbədi olsun”.

Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin