ADP-çiləri Avropadan hansı adla qovurlar? - Sərdar Cəlaloğludan AÇIQLAMA 

Hazırda oxunan: ADP-çiləri Avropadan hansı adla qovurlar? - Sərdar Cəlaloğludan AÇIQLAMA 

59146

Sosial şəbəkələrdə Azərbaycan Demokrat Partiyasına aid bir xəbər diqqət çəkib. Belə ki, Avstriyadan bir azərbaycanlı ailə deport edilib. Onlar 6 il əvvəl siyasi mühacir kimi sözügedən Avropa ölkəsinə köçüblər. Amma müəyyən yoxlamalardan sonra Avstriya hüquq mühafizə orqanları özlərini ADP üzvü kimi qələmə verənləri müxalifət hesab etməyib. Onlara bildirilib ki, “Azərbaycan Demokrat Partiyası repressiyalara məruz qalmır və siz öz ölkənizdə yaşaya bilərsiniz”. 

Bizim.Media mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun mövqeyini alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu: “SSRİ bərpa olunsun” deyənlərin dilini çıxartmaq lazımdır”


Partiya lideri bu məsələdən xəbərsiz olduğunu və deport olunan ailənin Avropaya nə vaxt köçdüyünün vacibliyini qeyd edib:

“Çünki əvvəllər Demokrat Partiyasının minlərlə üzvü həbs olunub. O vaxt ola bilər. Amma son 1 il ərzində ADP-dən xaricə köçən olmayıb”. 

- Məlumatda həmin ailənin 6 il əvvəl Avstriyaya köçdüyü deyilir.

“Mən şəxsən bu illər ərzində 2-3 nəfər partiya üzvünün xaricə getməsinə sənəd vermişəm. Hətta özüm də gedib onların miqrasiya etməli olduğunun vacibliyini bildirmişəm. İndiki halda isə ola bilsin ki, kimlərsə ADP adından istifadə edir. Partiya üzvlüyünü düzəldir və həmin adamlar da saxta sənədlərlə Avropaya gedirlər. Azərbaycanda bununla məşğul olan bir şəbəkə də aşkar olunmuşdu”.

- Miqrasiya biznesi ilə məşğul olanları nəzərdə tutursunuz?

“Bəli. Ona görə də Avstriyadan köçənlərin kimliyini bilmədiyimə görə, bir söz deyə bilmərəm”.

Bizim.Media 



​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin