Rusiya İranda etirazların yatırılmasında Tehrana fəal dəstək verir, silah və nəzarət texnologiyaları tədarük edir. Kreml birbaşa hərbi müdaxilədən yayınaraq, öz maraqlarını qorumaq üçün daha çox diskret yardım modelini seçir.
Bizim.Media xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiya İrana qoşun yeritməsə də, rejimin repressiv mexanizmlərini gücləndirməkdə aktiv rol oynayır.
Moskva İrana avtomatlar, snayper tüfəngləri, zirehli texnika və helikopterlər göndərir. Bununla yanaşı, internetə nəzarət və etiraz aksiyalarına qarşı mübarizə üçün texnoloji həllər də ötürülür.
Əvvəlki etiraz dalğalarından sonra İran nümayəndə heyətinin Rusiya müdafiə sənayesi konqlomeratına bağlı müəssisələrə səfər etdiyi bildirilir. Görüşlərdə nümayişçilərin neytrallaşdırılması üçün elektroşok cihazları, işıq-səs qumbaraları və partlayıcı vasitələrin tədarükü müzakirə olunub. Məqsəd siyasi nəticələri minimuma endirməklə kütləvi aksiyaların qarşısını almaqdır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:46 / 16.01.2026
Rusiya İrana belə gizli yardım edirmiş...
Hazırda oxunan: Rusiya İrana belə gizli yardım edirmiş...
Hazırda oxunan: Rusiya İrana belə gizli yardım edirmiş...
591034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































