Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk "ASAN xidmət" mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
MÖVZU İLƏ BAĞLI:
Şahbaz Şərif ASAN Xidmətin açılışını etdi– FOTO
Bizim.Media Pakistan mətbuatına istinadən xəbər verir ki, Şahbaz Şərif bunu bu gün mərkəzin açılış mərasimində deyib.
Qeyd edək ki, yanvarın 14-də Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub.
Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.
Bizim.Media


































































































