Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, dövlət başçısı ilə sakinlər arasında səmimi dialoq olub.
MÖVZU İLƏ BAĞLI:
Prezident Ağdərədə sakinlərlə görüşdü – FOTO
Qadın sakinlərdən biri Prezidenti qonaq çağırıb:
“Çox istərdim ki, gələcəkdə bir dəfə də Ağdərədə, Çaparda mənim evimin qonağı olasınız. Allahım Sizi qorusun. Amin”.
Prezident İlham Əliyev:
“Gələrik, əlbəttə, hələ çox görüşəcəyik. Bu gün Ağdərə şəhərinin təzə Baş planı mənə təqdim ediləcək. Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq”.
Digər sakin isə dövlət başçısını görməkdən məmnunluğunu ifadə edib:
“Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşməkdir”.
Bizim.Media

































































































