Prezident: “Düşmən erməni təşkilatlarından 100 milyonlarla pul yığırdı, amma bir dollarını da bu ərazilərə qoymayıb”

Hazırda oxunan: Prezident: “Düşmən erməni təşkilatlarından 100 milyonlarla pul yığırdı, amma bir dollarını da bu ərazilərə qoymayıb”

590604

“Kənd təsərrüfatı, turizm – yəni bura təbii bir cənnətdir. Amma mənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb. Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pul yığırdılar. Onların bir manatını da, bir dollarını da buraya qoymayıblar, hamısını talayıblar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Ağdərədə sakinlərlə görüşdü – FOTO


“Bizim evlərimizi yandırıblar, sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamı yerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da. Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıya bir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq”, - dövlət başçısı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin