Türkiyəli ekspert: Zəngəzur dəhlizi bütöv bir regionun taleyini dəyişən yoldur - FOTO

Hazırda oxunan: Türkiyəli ekspert: Zəngəzur dəhlizi bütöv bir regionun taleyini dəyişən yoldur - FOTO

590204

Zəngəzur dəhlizinin işə salınması bütün region üçün strateji və iqtisadi fayda vəd edir.

Belə ki, Azərbaycan geosiyasi məqsədlərinə nail olacaq, Ermənistan uzun illər davam edən təcriddən çıxacaq, Türkiyə Orta Dəhliz marşrutu üzrə mövqelərini möhkəmləndirərək Mərkəzi Asiya ölkələri ilə əlaqələri fəallaşdıracaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında marşrut Rusiya və İran üçün də sərfəlidir, çünki bu ölkələr üçün yeni bazarlara “pəncərə” açılacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qafqaz Universitetinin (Qars şəhəri) Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Damla Kocatəpə səsləndirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Bakı və İrəvanın maraqları çərçivəsindən xeyli kənara çıxan təşəbbüsdür.

“Bu marşruta Rusiya, İran, Türkiyə və Qərb ölkələri bu və ya digər dərəcədə maraq göstərir. Uzunmüddətli münaqişələr regionda sabitliyin pozulmasına gətirib çıxararaq sərhəd təhlükəsizliyi üçün ciddi risklər yaradıb, ancaq ziddiyyətlərin aradan qaldırılması bütün aktorlar üçün müsbət stimul olacaq”, – deyə ekspert əminliyini bildirib.
 

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi təşəbbüsü hər hansı ölkəyə qarşı yönəlməyib. “Rusiya və İranın dəhlizə çıxış imkanlarının qorunduğu, Türkiyənin konstruktiv töhfə verməyə çalışdığı, ABŞ və Avropa İttifaqının isə kommunikasiyaların blokdan çıxarılmasının sürətləndirilməsi istiqamətində addımlar atdığı bir mühit bütün tərəflər üçün faydalıdır. Elə bir balans formalaşır ki, bu şəraitdə uduzan tərəf olmayacaq”, – deyə o qeyd edib.


D.Kocatəpə bildirib ki, Cənubi Qafqaz regionunda münasibətlərin normallaşmasının mühüm nəticələrindən biri təhlükəsizlik mühitinin formalaşması olacaq. Bununla yanaşı, o vurğulayıb ki, Cənubi Qafqazda uzunmüddətli normallaşmanın şərtlərindən biri regionun böyük dövlətlərinin rəqabət zonasından çıxarılmasıdır.

“Region qarşıdurma və gərginlik meydanına çevrilməməlidir”, – deyə o qeyd edib.

Qafqaz Universitetinin müəllimi hesab edir ki, Zəngəzur dəhlizi bütöv bir regionun taleyini dəyişən yol, dayanıqlı sülhün açarıdır.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin