Prezident: “Uzun illərdir avtomobil sürürəm, elə təhlükəli yol görməmişdim” - VİDEO

Hazırda oxunan: Prezident: “Uzun illərdir avtomobil sürürəm, elə təhlükəli yol görməmişdim” - VİDEO

589214

“Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər.

Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin.

Misalçün, Xankəndi-Şuşa məsafəsi o qədər də böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaltmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın, o məsafəni də indi 40 dəqiqəyə getmək olar. Amma bu, yeni tunellərlə, yolların genişləndirilməsi ilə 20-25 dəqiqəyə düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın, o cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə”, - deyə o vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin