Prezidentdən TAPŞIRIQ: “Məmur özbaşınalığına daha dözülməz olmalıyıq”

Hazırda oxunan: Prezidentdən TAPŞIRIQ: “Məmur özbaşınalığına daha dözülməz olmalıyıq”

589176

“Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezidentin yerli televiziya kanallarına müsahibəsindən ilk görüntülər - VİDEO


Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Ümumi inkişafımız üçün hər bir insanın, xüsusilə vəzifə sahibinin ürəklə işləməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin