Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB liderlərinin fiziki hazırlığından danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib.
Bizim.Media xəbər verir ki, Tokayev bu barədə "Türkistan" qəzetinə müsahibəsində bildirib.
Qazaxıstan lideri vurğulayıb ki, İlham Əliyev fiziki cəhətdən güclüdür və müntəzəm olaraq peşəkar məşq edir.
Tokayev MDB-dəki digər həmkarlarının fiziki hazırlığı haqqında da danışıb:
“Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev idman zalında məşq edir, Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped idmanı ilə məşğul olur, Belarus Prezidenti Aleksandr Lukaşenko hokkey oynamağa davam edir, Rəhmon (Tacikistan Prezidenti Emoməli Rəhmon - red.) səhhətindən şikayət etmir; o, güclü döyüşçü-dənizçidir. Beləliklə, bütün həmkarlarım əla formadadır", - o əlavə edib.
Bizim.Media




































































































