Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurduğu Yeni illə bağlı videomüraciət paylaşıb.
Bizim.Media xəbər verir ki, britaniyalı diplomat müvafiq postu "Instagram" səhifəsində yerləşdirib.
Videonun əvvəlində F.Auld qeyd edib ki, bu Yeni il müraciəti onun Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi son müraciətidir.
"İlin əsas hadisəsi (2025-ci il - red.) dövlət naziri Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyevin Strateji Tərəfdaşlıq Sazişinin imzalanması yolu ilə münasibətlərimizi yeni səviyyəyə yüksəltmək qərarı oldu. Dekabrda Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri lord Vernon Koaker və Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də təhsil və innovasiyalara həsr olunmuş ikitərəfli görüşlər keçiriblər", - səfir bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:45 / 31.12.2025
Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO
Hazırda oxunan: Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO
Hazırda oxunan: Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO
588330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































