Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova ilə söhbət edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı idmançıdan hazırda stend atıcılığı üzrə ölkədəki vəziyyətlə maraqlanıb:
"Bildiyim qədərilə, bizdə atıcılıq sahəsində səndən sonra tənəzzül gedir".
Z. Meftahətdinova isə bildirib: "Hazırlaşırıq, ümid edirəm ki, hər şey yaxşı olacaq. İndi biz bütün hər şeyi planlaşdırırıq və düşünürəm ki, hər şey yaxşı olmalıdır".
Dövlət başçısının zarafatla idmançıya verdiyi "Bəs bizdə ikinci Zema olacaq?" sualı idmançı təbəssümlə: "Gözləyirik", - deyə cavablandırıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:19 / 26.12.2025
Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO
Hazırda oxunan: Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO
Hazırda oxunan: Prezidentdən olimpiya çempionuna: “Bizdə ikinci Zema olacaq?” - VİDEO
587591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































