Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Hazırda oxunan: Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

587549

Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı "Rus Evi"nin bərpa edilib-edilməməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda "Rus Evi" heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib, bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edilib:
 

"Lakin digər pozuntular da davam edirdi. Ona görə də "Rus Evi"nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır.


Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsasən, yarımçıq və həll olunmayan məsələ qalmayıb, ləğvolunma məsələsi başa çatıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin