Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

Hazırda oxunan: Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

587414

Prezident İlham Əliyev "Daxili qoşunları haqqında" qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 20-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Daxili qoşunlar – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olmaqla, bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil olan silahlı birləşmə;

Döyüş texnikası – silah kompleksindən və onun daşıyıcısından ibarət olan hərbi texnika;
 

Fəal mühafizə vasitələri – hücumun, müqavimətin, tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər, əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları, xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və atlar);


Fərdi qoruyucu mühafizə vasitələri – şəxsi heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular, güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);

Fziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək qabiliyyəti;

Xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən tədbirlər kompleksi;

Xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr – qrup halında basqının, müqavimətin, tabe olmama hallarının qarşısının alınmasında, keçilməz sədlərin dağıdılmasında, kütlənin, avtonəqliyyat vasitələrinin məcburi dayandırılmasında və ya onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə olunan xüsusi texnika;

Xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və vasitələr;

Xüsusi texnika – daxili qoşunların xidməti vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı maşınlar və avadanlıqlar;

Xüsusi vasitələr – fərdi qoruyucu mühafizə, fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr;

Obyektlərin mühafizəsi – obyektlərin təhlükəsizliyinin təşkilinə, orada olan şəxslərin həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.
 

Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir. Daxili qoşunlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.


Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlı daxili qoşunların fəaliyyəti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Qanunla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin