Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan səfiri Qismət Gözəlovu təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın Türkmənistandakı səfirliyi yayıb.
Bildirilib ki, Q.Gözəlov Prezident Sərdar Berdiməhəmmədovun dekabrın 24-də imzaladığı sərəncamla "Türkmənistanın Tərəfsizliyinin 30 İllik" yubiley medalı və "Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik" xatirə gümüş nişanına layiq görülüb.
Bu gün Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları" adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov mükafatları Qismət Gözəlova təqdim edib.


Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:50 / 25.12.2025
Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO
Hazırda oxunan: Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO
Hazırda oxunan: Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO
587409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































