Orbandan İlham Əliyevə MƏKTUB

Hazırda oxunan: Orbandan İlham Əliyevə MƏKTUB

587238

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
 

Macarıstanın həm sülh dövründə, həm də son onilliklərdəki böhran dövründə Azərbaycana güvənə bilməsinə görə minnətdarlığımı bildirirəm. İkitərəfli münasibətlərimiz ildən-ilə daha da güclənməkdə davam edir. Əməkdaşlığımız genişlənərək bir çox əsas sahəni, xüsusilə də enerji sektorunu əhatə edir.


Zati-alinizin şəxsi töhfələri sayəsində xalqlarımız arasında münasibətlərdə yeni bir dövr başlanıb və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizi əmin etmək istərdim ki, hökumətim tərəfdaşlığımızın dərinləşməsinə və xalqlarımızın ortaq maraqlarının irəliləməsinə sadiqdir.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin