Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

587015

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.
Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya”

Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin