ABŞ prezidenti Donald Tramp vəzifəsinin ilk ilində 8 müharibəyə son qoyduğunu iddia edir.
Lakin onun bəzi sülh müqavilələri əsasən təsirsiz olub.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri yazıb.
Mənbə qeyd edir ki, Trampın müharibələrə son qoymaq və asayişi bərpa etmək barədə ritorikası "tüstü və güzgü" kimi görünür.
Nəşrin məlumatına görə, Tramp administrasiyasının həllinə kömək etdiyini iddia edə biləcəyi yeganə münaqişə Ermənistan və Azərbaycan arasındakı mübahisədir və burada ABŞ-ın fəal iştirakı təxminən 40 illik gərginliyə faktiki olaraq son qoyub.
"Onun sülh adlandırdığı şey əsasən müvəqqəti fasilələrdən, tənzimləyici razılaşmalardan və ya münaqişənin kök səbəblərini nəzərə almayan mətbuat konfransı qələbələrindən ibarət olub", - deyə ABŞ-da yerləşən müharibə əleyhinə qrup Code Pink-in təsisçisi Medea Benjamin bildirib.
"Bunlar uzunmüddətli sülh müqavilələri deyil, müharibənin yenidən başlamasının qarşısını almaq əvəzinə, onu gecikdirən qısamüddətli siyasi qərarlar idi", - deyə o, “Deutsche Welle” nəşrinə verdiyi müsahibədə qeyd edib.
Lissabon Universitet İnstitutunun (ISCTE-UL) tədqiqatçısı Eugénio Costa Almeida hesab edir ki, Trampın diplomatik taktikası şəxsi səlahiyyətlərdən kənara çıxır, "geosiyasi strategiya, iqtisadi maraqlar, şəxsi və seçki liderliyinin təsdiqlənməsinin kəsişməsində" fəaliyyət göstərir.
Bizim.Media




































































































