İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verdi

585653

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO


"Hörmətli cənab Baş nazir,

Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Avstraliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin