Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Seymur Taleh oğlu Qaraşova “general-mayor” ali hərbi rütbəsi verilib.
Bizim.Media xəbər verir ki, Seymur Qaraşov Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərə ali hərbi və ali xüsusi rütbələr verildi – SƏRƏNCAM
Seymur Qaraşov uzun müddətdir Fövqəladə Hallar Nazirliyində çalışır. O, bir müddət Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini olub.
Seymur Qaraşov 2023-cü ilin iyununda Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Taleh Qaraşov 1996-cı ildən bəri müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. O, 2012-ci ildən bəri Lənkəran rayon İcra Hakmiyyətinin başçısıdır.
Bizim.Media




























































































