“Ermənistan tərəfinin Azərbaycan üzərində ərazi iddiaları aradan qaldırılıb” - Əmirbəyov

Hazırda oxunan: “Ermənistan tərəfinin Azərbaycan üzərində ərazi iddiaları aradan qaldırılıb” - Əmirbəyov

585364

“Üç onillik konflikt, rəqabət və qarşıdurmadan sonra Ermənistan və Azərbaycan sülh qurmağa qərar verib. 8 avqust Vaşinqton sammiti çox önəmli məqam olub, burada liderlər möhkəm və davamlı sülhə sadiqliklərini təsdiqləyiblər. Biz hesab edirik ki, bu uzunmüddətli münasibətlərin yalnız başlanğıcıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın “TVP World” televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, konfliktin əsas səbəbi aradan qaldırılıb:

“Konfliktin əsas səbəbi - Ermənistan tərəfinin Azərbaycan üzərində ərazi iddiaları aradan qaldırılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Bakı Ermənistan tərəfinə sülh sazişi layihəsi üzərində işləməyə başlamağı təklif edib. 2,5 illik müzakirələrdən sonra 2025-ci ilin mart ayında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin