İlham Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə DƏVƏT ETDİ

Hazırda oxunan: İlham Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə DƏVƏT ETDİ

584656

Azərbaycan Prezidenti İlham Əliyev slovakiyalı həmkarı Peter Pelleqrinini Azərbaycana səfərə dəvət edib.

Bizim.Media xəbər verir ki, Prezidenti İlham Əliyev bu barədə Bratislavada rəsmi ziyafət zamanı çıxışında bildirib.

"Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik.

Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm", - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin