Xankəndi ermənilərinin Bakının təklifi ilə razılaşmasına mane olan ƏSAS SƏBƏB...

Hazırda oxunan: Xankəndi ermənilərinin Bakının təklifi ilə razılaşmasına mane olan ƏSAS SƏBƏB...

584012
"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlverişli zaman idi. Sadəcə regional deyil, beynəlxalq siyasi proseslər fonunda da Ermənistan xalq və cəmiyyət olaraq bu zaman periodundan uduşlu çıxa bilərdi. Lakin Ermənistan yenə də dumanlı meşədə azdırılmağa göz yumdu". 
 
Moderator.az bildirir ki, bunu milli.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
 
 
O bildirib ki, müharibə ritorikasını artıran Ermənistan bu baş verəcəyi təqdirdə daha böyük miqyaslı itki ilə üz-üzə qalacaq:
 
"2023-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi üçün işartılar deyil, fundamental əsaslar mövcuddur. Bütün əsaslar da sülh müqaviləsinin imzalanması təklifini verən qalib Azərbaycanın diktəsi üzərində qurulub. Yetər ki, yekunda reallıqları qəbul etməyə məcbur qalacaq Ermənistan vaxt itkisinə yol verməsin.
 
Sülhün əksi müharibədir ki, ilk növbədə qüvvələr nisbəti arasında ciddi uçurum var. Müharibənin başlamasından daha önəmli isə onun necə bitəcəyidir. Sözsüz ki, bu variant Ermənistan dövlətinin və cəmiyyətinin təkrarən, ancaq daha qısa müddətdə yeni və uzunmüddətli travma alması və böyük miqyaslı itkisi ilə nəticələnəcək. 
 
Bu gün Ermənistan mediasında yerli ekspert qrupları tərəfindən müharibə ritorikası canlandırılır. Sözsüz ki, bu sözlər rəsmi İrəvandan süzülsə də, İrəvana da yuxarılardan ötürülən direktivlərin səmərəsiz məhsuludur. 
 
Qərbin sanksiyalarından illərdir əziyyət çəkən İrana daha bir regional aktor - Rusiya da əlavə olundu ki, o da mövcud reallıqların diktəsi ilə Azərbaycanla iqtisadi əlaqələrini möhkəmləndirməyin vacibliyini anlayır və bu istiqamətdə addımlar atırlar. Odur ki, Fransa və İranın Ermənistana dəstəyi əsaslı dəstək olmayıb, verbal ümidləri aşa bilmirsə, həm də digər regional aktor Rusiyanın da təsiri və təzyiqi ilə Fransa tamamən oyundan kənarda saxlanılır. Onun regiona müdaxiləsinin mümkünsüzlüyü kimi Azərbaycana təzyiqlər fonunda daha çox çalışdığı iqtisadi divident qazanmaq baxımından güzəşt imkanı əldə etmək cəhdləri də mümkün deyil.
 
Azərbaycanın xarici siyasətinə gəldikdə, düşünürəm ki, yeni ildə əsas xarici siyasət paradiqmamız köklü dəyişikliklərdən uzaq, aydın, siyasi gündəliyimiz bəlli, ən əsası isə milli maraqların təmin olunması baxımından proaktiv olacaq. Xüsusilə, Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycanın rəqabət aparan paradiqmaların işığında öz xarici siyasətini necə tənzimlədiyi və proyeksiya etdirəcəyi önəmlidir. Qərb və Rusiya qarşıdurmasının regiona daha çox sirayət olunmasına çalışılacaq ki, düşünürəm ki, bu sadəcə Ermənistan vasitəsilə edilə biləcək variantdır. İndiki məqamda regional dövlətlərin daxili vəziyyətlərini də nəzərə alsaq, buna xarici siyasətini bu məqamda xarakterizə edəcək səylərə əsaslanan yeni, radikal bir strateji çərçivə təmin etməyə çalışan heç bir regional aktor icazə verməyəcək. 
 
Azərbaycan əldə etdiyi Zəfəri möhkəmləndirməklə xarakterizə olunan yekun sülh müqaviləsinin imzalanması prosesini siyasi mənzərədə irəliyə doğru necə hərəkət etdirə biləcəyini praktikada icra edəcək. Bu, siyasi, iqtisadi, hərbi, diplomatik, beyəlxalq məhkəmələr olmaqla bir neçə istiqaməti əhatə edəcək. Azərbaycan sülhə mane olacaq bütün detalları yoldan təmizləməyə davam edəcək. 
 
Zənnimcə, qanunsuz silahlı birləşmələrin çıxardılmasına və Qızılbulaq, Dəmirli yataqlarında monitorinq keçirilməsinə nail olunsa, ermənilər cəmiyyətimizə reinteqrasiya olmaqla bu məsələ aşağıdan-yuxarıya doğru həllini tapar. Bu da istənilən digər vasitəçiləri aradan çıxartmaqla çətin olsa belə nəticə etibarilə qalıcı sülhə aparan yeganə yoldur. Sülhün fundamental elementlərindən biri Zəngəzur dəhlizidir. Azərbaycan bu strateji hədəfinə çatmaq baxımından artıq işlərə başlayıb. Dövlət başçımızın dili ilə desək: "Dövlətimiz güclüdür və iradəmiz yerindədir".
 
Azərbaycanın xarici siyasətinin mərkəzində milli maraqlarımızın təmin olunması dayanır ki, bu da onun strukturlarını inkişaf etdirməyə qadir olan, ayrılmaz dəyərlərini formalaşdıran bir xalqın ruhunu təmsil edir. 2022-ci ildə əldə olunan hədəflər növbəti il üçün bazis rolunu oynayır və qarşıya qoyulan yeni hədəflər cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və əzmkar icra yolu ilə baş verəcək. Yeni ilin rekord səviyyəyə çatan büdcəsindən elə hərbi xərclərə ayrılan məbləğ də rekord səviyyədədir. Bu isə ondan xəbər verir ki, Azərbaycan addımlarının hər bir ölçü meyarını dəqiqliklə hesablayır, istənilən vəziyyətə hazır dayanır".
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin