Ceyhun Bayramov norveçli həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov norveçli həmkarı ilə görüşdü - FOTO

583888

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan-Norveç ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib, siyasi dialoqun davamlılığının təmin edilməsi və əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunub. Enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
 

Görüşdə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Ermənistan ilə normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin