Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub:
“Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:42 / 04.12.2025
ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ
Hazırda oxunan: ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ
Hazırda oxunan: ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ
583875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































