Millət vəkilləri “Böyük Qayıdış”da nümunə ola biləcəklərmi? – Deputatlardan SORĞU 

Hazırda oxunan: Millət vəkilləri “Böyük Qayıdış”da nümunə ola biləcəklərmi? – Deputatlardan SORĞU 

58297

44 günlük savaşdakı Zəfər Qarabağa “Böyük Qayıdış” planı ilə də yadda qaldı. 30 ildir ki, doğma yurd-yuvalarından ayrı qalan insanlar da Qarabağa, Şərqi Zəngəzura geri dönməyi səbirsizliklə gözləyirlər. 

Bizim.Media xəbər verir ki, Qarabağa qayıdacaq məcburi köçkünlər arasında deputatlar da var.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin təsdiqlədiyi qanunun əleyhinə çıxan deputatlar kimlər idi? – SİYAHI VƏ FAKTLAR


Xankəndi şəhəri üzrə millət vəkili seçilən Tural Gəncəliyev də fəaliyyətini doğma şəhərində davam etmək barədə düşünür:

“Ümumiyyətlə, Qarabağ bölgəsinin istənilən qəsəbə, kənd və şəhərlərinə bütün keçmiş məcburi köçkünlər olaraq qayıtmalıyıq. Həmin torpaqları yenidən bərpa etməli, dirçətməliyik. O cümlədən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində olan bütün şəhər və kəndlərə bizim geri dönməyimiz, orada yaşamağımız, həmin əraziləri dirçəltməyimiz hər birimizin borcudur. Xüsusilə də dövlət məmurları, Qarabağ bölgəsini təmsil edən parlament üzvləri ilk növbədə bu məsələlər barədə düşünməli və bir nümunə olaraq başqa şəxslərə göstərməlidirlər ki, o torpaqlara qayıtmağımız hər birimizin borcudur. 
 

Mən Xankəndi şəhərində doğulan və Şuşada böyüyən şəxs kimi şəhər və kəndlərimizin bərpasından sonra Böyük Qayıdış çərçivəsində Qarabağa qayıdacağam və orada yaşayacağam”.


Cəbrayılda doğulan millət vəkili Ceyhun Məmmədov da doğma torpaqlara qayıdacağı günü böyük səbrsizliklə gözlədiyini bildirib. O və digər cəbrayıllılar 30 ilə yaxındır ki, bu günü gözləyiblər:

“Bütün yuxularım doğulduğum Cəbrayılla bağlı idi. Hazırda isə xəyallarımız gerçəkləşib. Cəbrayıla qayıdacağımız gün də uzaqda deyil. Qarşımıza qoyulan hədəf və məqsədlərə nail olaraq öz doğma yurdumuza köçəcəyik. Bəzən müxtəlif əks fikirlər səslənir, amma bunların heç birinin əsası yoxdur. İnsanların hər biri köç prosesinə qoşulmağa hazırdır. İnsanlar köçüb orada quru yerdə yatmağa, yaşamağa, ev tikməyə də hazırdılar.
 

Bu gün çox böyük sevinc içərisindəyik ki, torpaqlarımız qaytarılıb. Çox xoşbəxtik ki, bu tarixi günləri yaşayırıq. İnşallah cənab Prezidentin rəhbərliyi tezliklə qayıdıb, orada yaşayacağıq”.


Sonda qeyd edək ki, Ağdamda anadan olan deputat Bəxtiyar Sadıqov, Ağcəbədidə doğulan əslən ağdamlı Aqil Abbasın, Xocalını təmsil edən millət vəkili Elman Məmmədov, əslən Zəngilandan olan İmamverdi İsmayılov, Kəlbəcərin erməni soyqırımı görmüş Ağdaban qəsəbində doğulan Aqil Məmmədov və Laçından olan deputat Mahir Abbaszadənin fikirlərini isə növbəti yazımızda dərc edəcəyik. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin