Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdə olub - FOTO

Hazırda oxunan: Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdə olub - FOTO

582732

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Belqrad Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlara Milli Müdafiə Universiteti (MMU) və xüsusi təyinatlı təhsil müəssisələri haqqında brifinqlər təqdim olunaraq ətraflı məlumat verilib, ölkələrimiz arasında hərbi təhsil sahəsində, xüsusilə xarici dilin tədrisi üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
 

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib, təhsil müəssisələrində yaradılan şəraitlə tanış olublar.


Hərbi Liseyi ziyarət əsnasında təhsil müəssisəsinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Yekunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin