Ceyhun Bayramov "Aspen Institute Italia"da keçirilən dəyirmi masa müzakirəsində iştirak etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov "Aspen Institute Italia"da keçirilən dəyirmi masa müzakirəsində iştirak etdi - FOTO

582729

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində "Aspen Institute Italia"da keçirilən dəyirmi masa müzakirəsində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

“İtaliyaya rəsmi səfərim çərçivəsində Aspen Institute Italia-da keçirilən dairəvi masa müzakirəsində iştirak etməkdən məmnun oldum.
 

Aspen Institute Italia-nın sədri və İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı İşləri Komitəsinin rəhbəri Culio Tremonti və Aspen Institute Italia-nın fəxri sədri, Konstitusiya Məhkəməsinin sabiq prezidenti Culiano Amatoya səmimi qarşılanmaya görə təşəkkür edirəm. Həmçinin institutun üzvlərinə və İtaliya rəsmilərinə fəal müzakirələr və suallar üçün minnətdaram.



Müzakirələrimiz Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq, regional və qlobal təhlükəsizlik, enerji əməkdaşlığı və yeni nəqliyyat əlaqələri təşəbbüslərini əhatə etdi.

Konstruktiv dialoqa görə minnətdaram və İtaliyanın siyasi və akademik dairələri ilə əməkdaşlığın davamını səbirsizliklə gözləyirəm”.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin