Ceyhun Bayramov “Qarabağ”ın oyununu stadiondan İZLƏDİ – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov “Qarabağ”ın oyununu stadiondan İZLƏDİ – FOTO

582429

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.

Öz növbəsində, C. Bayramov da sosial mediada paylaşım edərək "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.
 

"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik.


Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin