TDT ölkələrinin nazirləri yenidən BAKIYA TOPLANIR

Hazırda oxunan: TDT ölkələrinin nazirləri yenidən BAKIYA TOPLANIR

582344

Bakı şəhərində dekabrın 5-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin müvafiq strukturlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.

TDT-yə üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyannamə imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin