Azərbaycan və Moldova məxfi məlumatların mübadiləsini APARACAQ

Hazırda oxunan: Azərbaycan və Moldova məxfi məlumatların mübadiləsini APARACAQ

582274

Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində bildirilib ki, 2025-ci il 19 sentyabr tarixində Bakı şəhərində imzalanan bu Saziş Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.

Sazişin məqsədi tərəflər arasında ötürülən məxfi məlumatların qorunması, onların məxfiliyinin, bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsidir.

Sazişə əsasən, tərəflər məxfi məlumatların qorunması üzrə qarşılıqlı öhdəliklər götürür, bu məlumatlardan yalnız təqdim olunduğu məqsədlər üçün istifadə etməyi və göndərən tərəfin yazılı razılığı olmadan üçüncü tərəflərə verməməyi öhdələrinə götürəcəklər.

Məxfi məlumatların mühafizəsi, ötürülməsi, tərcüməsi, çoxaldılması və məhv edilməsi ilə bağlı tədbirlər hər bir tərəfin milli qanunvericiliyinə uyğun qaydada həyata keçiriləcək. Məlumatların ötürülməsi diplomatik kanallar, səlahiyyətli təhlükəsizlik orqanları və xüsusi kuriyerlər vasitəsilə həyata keçiriləcək. Elektron mübadilə hallarında qarşılıqlı razılaşdırılmış kriptoqrafik vasitələrdən istifadə ediləcək.

Tərəflər mübadilə olunan məxfi məlumatların təhlükəsizliyinin pozulması hallarında dərhal bir-birini məlumatlandıracaq və müvafiq araşdırmalar aparacaq.

Saziş qeyri-müəyyən müddətə bağlanır.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin