Prezidentin köməkçisi: "Bu, Azərbaycan-ABŞ əməkdaşlığında dönüş nöqtəsi idi"

Hazırda oxunan: Prezidentin köməkçisi: "Bu, Azərbaycan-ABŞ əməkdaşlığında dönüş nöqtəsi idi"

58203

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-ABŞ əlaqlərindən danışıb.

Bizim.Media xəbər verir ki, o, “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda Azərbaycanın 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başlatdığı terrorçuluğa qarşı mübarizəyə göstərdiyi hərbi və logistik dəstək ilə yaxşı dost olduğunu sübut etdiyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev malayziyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi


“Ölkələrimiz arasındakı əlaqələrin və dostluğun tarixi səfir Hafiz Paşayevin “Bir səfirin manifesti” adlı kitabında çox yaxşı izah edilib. ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir.

Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib. Bu illər boyunca ABŞ və Azərbaycan əməkdaşlığı yeni səviyyələrə qalxıb. 11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi. Bizim hər zaman dediyimiz kimi, dost dar gündə tanınar. Azərbaycan da, terrorizm əleyhinə alyansa qoşuldu və öz logistik dəstəyini təmin etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin