Zaxarova Paşinyanın iradına cavab verdi

Hazırda oxunan: Zaxarova Paşinyanın iradına cavab verdi

581805
“Rusiya sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir, Moskva vəziyyəti yaxşılaşdırmağa çalışır”.
 
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
 
M.Zaxarova söyləyib ki, Rusiya sülhməramlı kontingenti vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir.
 
“Heç bir publik hücum işin həllinə kömək etmir”, - deyə rusiyalı diplomat vurğulayıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında söyləmişdi ki, Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, o zaman ya BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə başlamalı, bununla da Rusiya sülhməramlılarına sülhməramlıların verilməsi məsələsini qaldırmalıdır. Ya da BMT Təhlükəsizlik Şurasının mandatı ilə Qarabağa əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməlidir. /Report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin