Zelenski çətin seçim QARŞISINDA – Sülh üçün üç regiondan İMTİNA EDƏCƏK?

Hazırda oxunan: Zelenski çətin seçim QARŞISINDA – Sülh üçün üç regiondan İMTİNA EDƏCƏK?

581718

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaqla bağlı 28 bəndlik planın bəzi detalları üzə çıxıb.

Plana əsasən, Ukrayna Krım, Donetsk və Luqanskı itirəcək və bu bölgələr ABŞ tərəfindən de-fakto Rusiya ərazisi kimi tanınacaq. Üstəlik, Xerson və Zaporojyedəki təmas xətti boyunca ərazilər “dondurulmuş zona” kimi qəbul ediləcək. Rusiya isə digər vilayətlərdə ələ keçirdiyi ərazilərdən imtina edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın Ukrayna ilə bağlı 28 maddəlik sülh planının TAM MƏTNİ – FOTO


Bundan əlavə, Ukrayna NATO-ya üzvlükdən konstitusion səviyyədə imtina edib, hərbi qüvvə sayına limit tətbiq etməli olacaq. Əvəzində Moskva Ukraynaya və Avropanın digər ölkələrinə gələcəkdə hücum etməyəcəyinə dair qanuni öhdəlik götürəcək.

Sülh sazişinin mətnində humanitar və iqtisadi məsələlər də öz əksini tapıb.

Maraqlıdır, görəsən ABŞ-ın Ukrayna ilə bağlı yeni sülh planı reallaşacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, bu sülh planı da reallaşmayacaq:

“Həmin plan Kiyevin iştirakı olmadan, Tramp və Putinin nümayəndələri arasında sövdələşmə nəticəsində ortaya çıxıb. Verilən təkliflər Rusiyanın xeyrinə olan təkliflərdir. Ukraynanın Donbas və Krımdan imtina etməsi, Zaporojye və Xerson vilayətlərindəki müəyyən əraziləri güzəştə getməsini nəzərdə tutan təklifləri Kiyev heç bir halda qəbul etməyəcək. Tramp müharibəni dayandıracağını bəyan etsə də, əslində belə destruktiv təkliflər irəli sürməklə cəbhə xəttində xaotik vəziyyət yaradır”.

Politoloq qeyd edib ki, Avropa Birliyi də Trampın növbəti planının gerçəkləşməsinə əngəl olacaq olacaq:

“Aİ-nin Trampın planına müsbət yanaşması Rusiyanın növbəti təcavüz aktlarına meydan açması anlamına gələcək. Aİ Rusiyanı özünün təhlükəsizliyi üçün ən böyük əngəl kimi görür. Bu səbəbdən Rusiyanın zəiflədilməsi üçün Ukraynaya böyük dəstək verir. Ona görə də Aİ həmin planın əleyhinə olacaq və bu əsasda da Rusiyanın yeni gəlişlərinə imkan verməyəcəklər”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin