"Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, yeddi şəhər üzrə ümumi quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə, Bakıda isə 141-dən 148-ə artırılıb.
Bizim.Media



























































































