Həbsdə olan VHP-çi partiyadan istefa verdiyi barədə müraciət yayıb

Hazırda oxunan: Həbsdə olan VHP-çi partiyadan istefa verdiyi barədə müraciət yayıb

58142
"NİDA" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Ömər Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıya müraciət ünvanlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
 
Məlumata görə, Ö.Məmmədov S.Rüstəmxanlıya müraciət edərək, onu partiya sıralarından xaric etməklərini istəyib: "Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzvü olduğum partiyadan bu gündən çıxarasınız".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin