11-ci Birgə İnkişaf Konqresində (11. Ortak Gelişim Kongresi) iştirak edən "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi tədbir çərçivəsində “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu imzalayıb.
Bizim.Media xəbər verir ki, sözügedən sənəd tərəflər arasında pərakəndə sektorunda əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə işçi qruplarının yaradılmasını və sektoral inkişafı dəstəkləyən tədbirlərin təşkilini nəzərdə tutur.
Protokolun imzalanması, eyni zamanda, gələcək birgə layihələr və institusional əməkdaşlıq üçün mühüm platforma yaradır.
Tədbir çərçivəsində GPD sədri Alp Önder Özpamukçu, "Migros" şəbəkələrinin rəhbəri Özgür Tort, "Carrefour" şəbəkələrinin rəhbəri Kutay Kartallıoğlu, “Özay Hukuk" rəhbəri Merter Özay, "HMK" rəhbəri Murat Keklik, "Obase", "Hanshow", "Ucge", "Ülker" şirkətlərinin səlahiyyətli şəxsləri ilə məhsuldar müzakirələr aparılıb.
Qeyd edək ki, “Gıda Perakendecileri Derneği” (GPD) Türkiyədə müasir qida pərakəndəçiliyini təmsil edən mühüm ictimai birlikdir. Birliyin üzvləri ölkə üzrə 50 minə yaxın satış nöqtəsinə malikdir və bu müəssisələrdə ümumilikdə 500 minə yaxın insan çalışır.





Bizim.Media































































































