Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

581073

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Azərbaycanı dəstəklənməsi istiqamətindəki kursu dəyişmədən davam etdirdiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə çıxış edən Türkiyə dövlət başçısı Azərbaycanın Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi Paradda iştirakın əhəmiyyətini vurğulayıb.
 

“Biz Qələbə Gününü Bakıda, Azadlıq meydanında qeyd edərkən azərbaycanlı qardaşlarımızın yanında olduq. Türkiyə prinsipimiz olan ‘Bir millət, iki dövlət’ə sadiq qalaraq həm kədərdə, həm də sevinclərinizdə Azərbaycanın yanında olmağa davam edəcək”, — deyə Ərdoğan bildirib.


Prezident əlavə edib ki, Ankara Cənubi Qafqazda sabitlik və inkişafın təmin olunmasına yönəlmiş öhdəliklərini yerinə yetirməyə davam edəcək. Onun sözlərinə görə, Türkiyə regionun təhlükəsizliyi və iqtisadi güclənməsinə təsir edən proseslərdə iştirakını davam etdirmək niyyətindədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin