Xristian ölkəsində 10 məscid – Ermənistanın səmimi jesti, yoxsa siyasi GEDİŞ?

Hazırda oxunan: Xristian ölkəsində 10 məscid – Ermənistanın səmimi jesti, yoxsa siyasi GEDİŞ?

581024

Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması fonunda Paşinyan administrasiyası ölkədə 10 yeni məscid tikməyə hazırlaşır, bunlardan beşi sərhəd bölgələrində, beşi isə ölkənin mərkəzi hissələrində olacaq.

Qeyd edək ki, hazırda Ermənistanda yeganə məscid 18-ci əsrə aid Göy Məsciddir (Hüseyn Əli Məscidi). Ermənistan əhalisinin 98 faizinin xristian olmasına baxmayaraq, Paşinyanın layihəyə müsbət yanaşması ölkələr arasında mədəni qarşılıqlı əlaqəni artırmaq üçün bir fürsət kimi qəbul edilsə də, bu addım müəyyən suallar yaradıb:

Görəsən bu, real dini-mənəvi bərpadır yoxsa siyasi addım?

Millət vəkili Azər Allahverənov Bizim.Media-ya verdiyi açıqlamasında bildirib ki, istənilən halda Paşinyanın 10 məscid tikilməsi barədə qərar verməsi müsbət bir mesajdır:
 

“Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasında zaman-zaman təkanverici təşəbbüsləri olur. Bəzi hallarda bu təşəbbüslər verbal olaraq qalır, bəzən də reallaşması üçün konkret addımlar atılır. Çünki bu, hər şeydən qabaq Ermənistanın milli maraqlarına cavab verən bir haldır.


Bununla belə Ermənistan cəmiyyətində etimad quruculuğu istiqamətində güclü işlər görülməlidir. Erməni cəmiyyəti buna nə dərəcədə hazırdır? Paşinyana qarşı olan qüvvələr var ki, Paşinyan-kilsə, Paşinyan-parlament olaraq, onlar müxtəlif manipulyasiyalar edəcəklər. Parlament seçkilərinə qədər Paşinyan bu qüvvələri zəiflətməlidir, çünki bu istiqamətdə atılan bütün addımlar istər-istəməz sülh prosesi istiqamətində gedən danışıqlara xələl gətirə bilər”.

Millət vəkili hesab edir ki, cəmiyyət və hakimiyyət arasında etimad quruculuğu yüksək səviyyədə təmin edildiyi təqdirdə sülh prosesini bir qədər də irəliyə aparmış olacaq. Bu da münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq:

“Tək bir şəxsin yox, Ermənistan cəmiyyətinin bir məqsəd ətrafında olması bu prosesə töhfə verməsi, başqa sözlə “əlini daşın altına qoyması” lazımdır, əks halda dayanıqlı sülhün qurulması uzana bilər və bu da sülhə maraqlı olan dövlətlərin hədəflərinə cavab vermir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin