“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

Hazırda oxunan: “Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

580824

Azərbaycan Prezidenti İlham Əliyev 8 avqust Vaşinqton sammiti nəticəsində Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların regionun tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi


"Əminəm ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək", - deyə o bildirib.

Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.

"Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir", - deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin