İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”

Hazırda oxunan: İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”

580686

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda bildirilib:

"Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir.
 

Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.


Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm. Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik.

İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin