Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Hazırda oxunan: Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

580635

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanatda qeyd edilib.

"Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyir. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çornomorsk şəhərində iki nəfər həlak olub.

Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarətlər və yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur”, - bəyanatda qeyd edilib.

O bildirib ki, harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır: “Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır.

Baş katib Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə doğru ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayır, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə müdafiə edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin