XİN: “Ukraynada Azərbaycana aid strukturlara Rusiyanın raket hücumlarının məqsədli olması barədə suallar yaranır”

Hazırda oxunan: XİN: “Ukraynada Azərbaycana aid strukturlara Rusiyanın raket hücumlarının məqsədli olması barədə suallar yaranır”

580585

“Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinə və Azərbaycana aid olan strukturlara Rusiyanın raket hücumu nəticəsində bir neçə dəfə ziyan dəyməsi faktları raket hücumlarının məqsədli olması barədə suallar yaradır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya təqdim etdiyi etiraz notasında deyilir.

Bildirilib ki, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi, 2022-ci il martın 10-da Azərbaycanın Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə endirilməsi, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasına zərbə dəyməsi, 2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələnməsi, eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları bu sualları yaradır.
 

Bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.


Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin