Azərbaycan HHQ komandanı Türkiyə şəhidləri ilə vida mərasimində iştirak edir

Hazırda oxunan: Azərbaycan HHQ komandanı Türkiyə şəhidləri ilə vida mərasimində iştirak edir

580524

Azərbaycan HHQ komandanı Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə keçirilən vida mərasimində iştirak edir.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada Mürted Hava Bazasında keçirilən vida mərasiminə qatılıb.
 

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Bazasında vida mərasimi keçirilir.


Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edir. Hərbçilərin 19-u bu gün dəfn ediləcək. Pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb. Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu açıqlayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin sonuncu dəfə saat 13:50-də Tbilisi ilə əlaqə saxladığını bildirib:

“11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli C-130E tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbriləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tbilisi ilə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”.

Nazirlik təyyarənin qəzaya uğrama səbəbinin hələlik bilinmədiyini qeyd edib:

“Təyyarə hələlik məlum olmayan səbəbdən Tbilisinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb”.
 

MN həmin dəqiqələrdə bölgədə başqa bir helikopterin olması iddiasına da aydınlıq gətirib. Bildirilib ki, həmin helikopterlər Gürcüstana məxsus olub.


“Köhnə təyyarə yoxdur, baxımsız təyyarələr var. Sözügedən təyyarənin texniki xidməti ölkəmiz tərəfindən mütəmadi olaraq həyata keçirilir. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktiv şəkildə istifadə olunur", - Türkiyə Müdafiə Nazirliyindən C-130 təyyarəsinun istismar müddətinin başa çatmasına dair səsləndirilən iddialara aydınlıq gətirilərkən qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin