Macarıstanın xarici işlər naziri Bakıya gələcək

Hazırda oxunan: Macarıstanın xarici işlər naziri Bakıya gələcək

57987

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyyarto bu həftə Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "İnterfaks-Azərbaycan" nəşri diplomatik mənbəyə istinadən yayıb.

“Fevralın 3-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçiriləcək. Bununla əlaqədar Bakıya komissiyanın həmsədri olan xarici işlər nazirinin rəhbərlik edəcəyi Macarıstan nümayəndə heyəti gələcək”, - mənbə bildirib.

Qeyd edilib ki, komissiya çərçivəsində Azərbaycan-Macarıstan energetika və aqrar-sənaye kompleksi üzrə işçi qruplarının iclasları keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin