Türkiyəli ekspert Qarabağ Zəfərinin əhəmiyyətindən danışdı

Hazırda oxunan: Türkiyəli ekspert Qarabağ Zəfərinin əhəmiyyətindən danışdı

579755

Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq və strateji əməkdaşlıq tarix boyunca mövcud olmuş xüsusi bir əlaqədir. Ortaq inanc və dəyərlər üzərində qurulan bu münasibətlər Qarabağ Zəfərindən sonra daha da möhkəmlənib.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında İstanbul Altınbaş Universitetinin müəllimi və Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eray Güçlüer söyləyib.

O bildirib ki, Qarabağ Zəfəri ilə bölgədə yeni bir geosiyasi vəziyyət formalaşıb və bu, eyni zamanda, daha geniş qlobal riskləri də gətirib. Buna görə də Azərbaycan, Türkiyə və Pakistan arasında təhlükəsizlik sahəsində, xüsusilə qlobal risklərə qarşı daha güclü əməkdaşlıq qurmaq ehtiyacı yaranıb.
 

“Tarixi dostluq və qardaşlıq bağları, qlobal sistemin gətirdiyi qeyri-müəyyənliklər və yeni risklər daha möhkəm əməkdaşlıq üçün təməl rolunu oynayır. Qarabağ Zəfərindən sonra üç ölkə arasındakı siyasi, iqtisadi və hərbi əməkdaşlıq daha da inkişaf edib.


Bu əməkdaşlıq, həm regionda, həm də qlobal səviyyədə bu üç ölkənin gələcəyə daha güvənli baxmasını təmin edir, təhlükəsizliklərini möhkəmləndirir və Avrasiya geosiyasətində onların rolunu daha da önəmli edir. Azərbaycan, Türkiyə və Pakistan Avrasiya geosiyasətinin strateji sütunları kimi bu əməkdaşlıq sayəsində həm regional sabitliyi, həm də qlobal təsir gücünü artırırlar",- deyə E. Güçlüer vurğulayıb.

Ekspertin sözlərinə görə, Qarabağ Zəfəri ilə Azərbaycan yalnız öz ərazilərini azad etməyib, eyni zamanda, bölgədəki gücləri, xüsusilə Ermənistan və Rusiya kimi dövlətləri müəyyən bir balansda saxlayıb və Ermənistanın davranışlarını daha ölçülü və uyğun hala gətirməyə nail olub.

Bu kontekstdə Azərbaycanın artan gücü və milli potensialı Pakistan da daxil olmaqla, region ölkələrinin Azərbaycana olan marağını artırıb. Bu qələbə ilə birlikdə Azərbaycan, Türkiyə və Pakistan kontekstində geosiyasi oyunda təsirli və əvəzedilməz bir aktor kimi öz yerini möhkəmləndirib.
 

"Milli gücün mühüm tərkib hissəsi olan hərbi qüdrət baxımından Azərbaycan hər keçən gün daha da güclənir. Gələcəkdə də Azərbaycan bölgədə daha təsirli bir güc mərkəzi olaraq öz mövqeyini qoruyacaq.


"Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş Hərbi parada qatılan ölkələrin müdafiə nazirlərinin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu və strateji mövqeyini vurğulayır, həmçinin Türkiyə və Pakistanla birgə Azərbaycanın Avrasiya geosiyasətində artıq əvəzedilməz və mühüm bir oyunçu olduğunu göstərir.

Paradda nitq söyləyən Prezident İlham Əliyevin çıxışında əsas mesajlardan biri Qarabağın azad edilməsinin Azərbaycanın haqq işinin və strateji səbrinin nəticəsi olmasıdır.
 

Azərbaycanın öz torpaqlarını azad etməsi yalnız ölkə üçün deyil, bölgədə sülh, stabillik və təhlükəsizliyin təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxışında qazandığımız şanlı Zəfərin regional barışı möhkəmləndirən bir element olduğunu xüsusi qeyd edib.


Bu kontekstdə nitq həm Azərbaycanın haqq işini və milli qələbəsini, həm də bölgədə dayanıqlı stabillik üçün strateji önəmini ön plana çıxarıb.

Qarabağ Zəfəri bölgədəki aktorlar üçün məsuliyyətli və ölçülü siyasətlərin aparılmasının vacibliyini də vurğulayır və Azərbaycanı regional lider kimi möhkəmləndirir",- deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin